reklam
Bakıdakı turnirdə iştirak edəcək gimnastlar -
Sportfm.az xəbər saytı

Bakıdakı turnirdə iştirak edəcək gimnastlar -SİYAHI


Martın 15-17-də Bakıda keçiriləcək “AGF Trophy” beynəlxalq turnirində iştirak edəcək Azərbaycanın idman gimnastları bəlli olub.

Sportfm.az xəbər verir ki, yarışda böyüklər arasında Nikita Simonov (halqalar), İvan Tixonov (çoxnövçülük), Rəsul Əhmədzadə (çoxnövçülük), Mənsum Səfərov (sərbəst hərəkətlər, dayaqlı tullanma, turnik), Murad Ağarzayev (sərbəst hərəkətlər, dəstəli at, halqalar, dayaqlı tullanma, paralel qollar), gənclər arasında Nihat Muradlı (çoxnövçülük) və Aydın Əlizadə (çoxnövçülük) təmsil edəcəklər.

Turnirin ilk iki günündə təsnifat, sonuncu gündə isə final mərhələsi keçiriləcək.

Yarışda Azərbaycanla yanaşı, Kanada, İran, Qazaxıstan, Ukrayna, Özbəkistan, Gürcüstan komandalarını təmsil edən idmançılar qüvvələrini sınayacaqlar.

Böyüklər və gənclər arasında mübarizə Beynəlxalq Gimnastika Federasiyası tərəfindən təsdiq olunub. Burada yeniyetmələr də qüvvələrini sınayacaqlar.

Oxşar xəbərlər

Gimnastlarımız dünya kubokunda iştirak edəcək
İdmançılarımız dünya kubokunda finala yüksəldi
Bakıda Dünya Kuboku start götürür
Azərbaycan yığmasının heyəti açıqlandı - SİYAHI
Dünya kubokunda ölkəmizi 7 idmançı təmsil edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər