reklam
Daha 2 boksçumuz  mərhələ adladı
Sportfm.az xəbər saytı

Daha 2 boksçumuz mərhələ adladı


Azərbaycan millisinin daha iki boksçusu İtaliyanın Busto Arsizio şəhərində keçirilən 1-ci Dünya Olimpiya Təsnifat Turnirində mərhələ adlayıb.

Sportfm.az xəbər verir ki, Zeynəb Rəhimova (54 kq) 1/32 finalda əlcəzairli Fatma Zohra Hadjala ilə döyüşüb.

Qarşılaşma boksçumuzun qələbəsi ilə yekunlaşıb. Rəhimova rəqibini 3:1 (29:28, 30:27, 29:29, 30:27, 28:29) hesabı ilə məğlub edib.

Yığma üzvü növbəti qarşılaşmada ilk mərhələdən azad olan Aqerie Bayevlə (Efiopiya) üz-üzə gələcək. Görüş martın 7-də keçiriləcək.

Ümid Rüstəmov (57 kq) isə qələbəni vaxtından əvvəl bayram edib. O, Navvaf Alzahmiyə (BƏƏ) ilk raundda nokautla qalib gəlib.

Rüstəmov 1/16 finalda Bakari Hassanla (Keniya) gücünü yoxlayacaq. Görüş martın 8-də baş tutacaq.

Yarışın ilk günündə boksçumuz Nicat Hüseynov (51 kq) da qələbə qazanaraq mərhələ adlayıb. Turnirin üçüncü günündə millimizin daha iki boksçusu rinqə çıxacaq.

Oxşar xəbərlər

3 boksçumuz Avropa birinciliyində mərhələ adladı
Boksçumuz vyetnamlını məğlub etdi
Azərbaycan boksçusu qələbə ilə başladı - Dünya Olimpiya Təsnifat Turniri
Hüseynov lisenziya turnirinə qələbə ilə başladı
Daha 3 boksçumuz Avropa çempionatında qələbə qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər