reklam
Bakıda
Sportfm.az xəbər saytı

Bakıda "Qış nağılı" beynəlxalq turniri keçiriləcək


Bakıda bədii gimnastika üzrə "Qış nağılı" beynəlxalq turniri keçiriləcək.

Sportfm.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası (AGF) məlumat yayıb.

Yarış dekabrın 4-6-da Milli Gimnastika Arenasında təşkil olunacaq.

Turnirdə gənc idmançılar məharətlərini nümayiş etdirərək zəriflik, çeviklik və bədii ifadə imkanlarını birləşdirən maraqlı nömrələrlə tamaşaçıların qarşısına çıxacaqlar.

"Qış nağılı" beynəlxalq yarışı xarici ölkələrin müvafiq federasiyalarının, klubların və yerli ictimaiyyətin iştirakı ilə gimnastların təcrübə mübadiləsi aparmasına, bacarıqlarını inkişaf etdirməsinə və beynəlxalq arenada özlərini göstərməsinə şərait yaradacaq.

Oxşar xəbərlər

Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
Bakıda atletika üzrə beynəlxalq yarış keçiriləcək
Rusiyalı gimnastlar Bakıda ən yaxşılar sırasında
Bakıda hansı yarışlar keçiriləcək?
İki Avropa çempionatı Azərbaycanda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər