reklam
Hücumçunun taleyinə aydınlıq gəlir
Sportfm.az xəbər saytı

Hücumçunun taleyinə aydınlıq gəlir


Müqavilə ilə "Espanyol"a məxsus olan hücumçu Xoselu "Real Madrid"də qala bilər.

Sportfm.az xəbər verir ki, informasiyanı nüfuzlu AS nəşri yayıb.

Xəbərə görə, "Kral klubu"nun rəhbərləri ötən yay icarəyə götürülən forvardın oyunundan razıdırlar və mövsümün sonunda onu Kataloniya "Espanyol"undan birdəfəlik almaq niyyətindədirlər.

Sövdələşmə Madrid nəhənginə cəmi 1,5 milyon avroya başa gələcək.

Bu mövsüm Xoselu bütün turnirlərdə 35 matçda iştirak edib. Hücumçu bu görüşlərdə 13 qol vurub və 4 məhsuldar ötürmə edib.

İspaniya çempionatının 25 turundan sonra Karlo Ançelottinin komandası 62 xal toplayaraq turnir cədvəlində birinci yeri tutur.

Oxşar xəbərlər

Gözlənilən ayrılıq baş tutdu
Mbappe "Real"la neçə illik müqavilə imzalayıb?
“Real” tarixinin ən yaxşı nəticəsinə imza atdı
İspaniya çempionatının ən yaxşısı - Fransız hücumçu
"Real" Barselona səfərindən yenə əliboş döndü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər