reklam
“Real” tarixinin ən yaxşı nəticəsinə imza atdı
Sportfm.az xəbər saytı

“Real” tarixinin ən yaxşı nəticəsinə imza atdı


İspaniyanın “Real” klubu tarixinin ən yaxşı nəticəsinə imza atıb.
Sportfm.az xəbər verir ki, Madrid təmsilçisi mövsüm ərzində keçirdiyi ilk 35 matçdakı göstəriciləri ilə bunu reallaşdırıb.

Son olaraq UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində Almaniya “Leyptsiq”ini məğlub edən (1:0) “Kral klubu” bütün turnirlərdə 35 matçın 29-da qələbə qazanıb.

Bu, bütün mövsümlərin eyni dövrü üçün klub rekordudur. Əvvəlki rekord 28 qələbə ilə 2011/2012, 2013/2014 və 2014/2015 mövsümlərinə məxsus olub.

Karlo Ançelottinin kollektivi 2023/2024 mövsümündə cəmi 2 dəfə məğlub olub. Bunun hər ikisi “Atletiko” ilə qarşılaşmalara təsadüf edib. “Atletiko” Madrid derbisində bir dəfə La Liqa, bir dəfə isə İspaniya Kral Kuboku görüşündə qələbə sevinci yaşayıb.

Oxşar xəbərlər

Kral klubundan yeni rekord
"Real"ın seriyası davam edir - 20 oyun
“Real”dan 62 illik rekord
Diniyevin "Səbail"indən tarixi rekord
«Qəbələ» - «Neftçi»: 37-ci qarşılaşma

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər