reklam
Sportfm.az xəbər saytı

"Şuşa" Qusarda qalib oldu


Qusar Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin 101-ci ildönümü münasibətilə jurnalistlər arasında keçirilən voleybol üzrə Zəfər Kubokuna yekun vurulub.

Sportfm.az xəbər verir ki, İdman Araşdırmalar Mərkəzi və Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, "Avrora Qrup"un baş sponsorluğu, "Sumqayıt" klubu və "Rabitəbank"ın təşkilati dəstəyi ilə gerçəkləşən yarışın həlledici matçında "Şuşa" və "Kəlbəcər" komandaları üz-üzə gəlib. Gərgin keçən görüş birincilərin qələbəsi ilə yekunlaşıb - 2:0 (25:20, 25:21).

Beləliklə, "Şuşa" ardıcıl üçüncü dəfə Zəfər Kubokunun qalibi olub.

3-cü yer uğrunda görüşdə isə "Füzuli" "Ağdərə"dən üstün olub - 2:0 (25:21, 25:14).

Xatırladaq ki, daha əvvəl keçirilmiş yarımfinal oyunlarında "Şuşa" "Füzuli"ni (25:20, 25:20), "Kəlbəcər" isə "Ağdərə"ni (25:15, 25:14) üstələmişdi - 2:0.

"Füzuli" komandasının üzvləri bürünc medallarla təltif olunub.

"Kəlbəcər" komandası gümüş medala sahib çıxıb.

"Şuşa"ya isə qızıl medal, hədiyyələr və Zəfər Kuboku verilib. Turnirin ən yaxşı oyunçusu isə qalib komandanın üzvü İskəndər İbrahim seçilib.

Oxşar xəbərlər

Zəfər Kubokuna yekun vuruldu - Qaliblər müəyyənləşdi
Növbəti turun proqramı açıqlandı - Zəfər Kuboku
“Cəbrayıl” qələbə qazandı, “Şuşa” böyük hesabla uduzdu
Zəfər Kubokunun püşkü atıldı - SİYAHI
Zəfər Kubokunun bütün iştirakçıları müəyyənləşdi - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər