Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Güləşçilərimiz dünya çempionatının finalında
Qazaxıstanın paytaxtı Astanada güləş üzrə dünya çempionatı start götürüb.
Sportfm.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın 4 yunan-Roma güləşçisi mübarizəyə qoşulub. Onlardan ikisi – Eldəniz Əzizli və Sənan Süleymanov finala yüksəlib.
Dördqat dünya çempionu Eldəniz Əzizli (55 kq.) ilk mərhələdən azad olub. O, 1/8 finalda monqolustanlı Davaabandı Munx-Erdeneni (9:0), 1/4 finalda belaruslu Aleksandr Qurevi (9:0), yarımfinalda isə gürcüstanlı Vaxtanq Loluanı (5:1) məğlub edib. Əzizli finalda iranlı Payam Əhmədi ilə qarşılaşacaq.
Sənan Süleymanov (77 kq.) ilk görüşündə yaponiyalı İsami Horikitanı (8:0), 1/8 finalda Çin Taypeyindən Lay Şin Yaonu (9:0), 1/4 finalda özbəkistanlı Doniyorxon Nakibovu (5:1), yarımfinalda isə iranlı Əli Zabiholla Oskounu (2:0) məğlub edib. Onun finaldakı rəqibi moldovalı Aleksandrin Qutu olacaq.
Murad Məmmədov (60 kq) ilk görüşündə türkiyəli Enes Başarı (6:2), 1/8 finalda misirli Mahmud Saadı (11:0) məğlub edib. Lakin 1/4 finalda qazaxıstanlı Aydos Sultangaliyə 1:4 hesabı ilə uduzub.
Qurban Qurbanov (82 kq) ilk mərhələdən azad olub. O, 1/8 finalda serbiyalı Viktor Nemeşi 8:0 hesabı ilə məğlub edib. 1/4 finalda qırğızıstanlı Akjol Mahmudovla görüşdə 6:0 hesabı ilə öndə olsa da, üstünlüyünü qoruya bilməyib və 6:7 hesabı ilə uduzub.

Oxşar xəbərlər
Murad Dünya Çempionu ola bilmədi
Güləşçilərimiz Bratislavada finala yüksəldi
İki güləşçimiz finalda - Avropa Çempionatı
Güləşçimiz reytinq turnirini uddu
Eldəniz Əzizli və Rafiq Hüseynov dünya çempionu oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası