reklam
Ərəblər daha bir ulduzu pula
Sportfm.az xəbər saytı

Ərəblər daha bir ulduzu pula "şirnikləşdirdi"


“Atletiko”nun cinah hücumçusu Yannik Karrasko Səudiyyə Ərəbistanına gedib. Yığmamızın AVRO-2024-ün seçmə mərhələsindəki rəqiblərindən olan Belçika millisinin üzvü “Əl Şabab”la müqavilə bağlayacaq.

Sportfm.az xəbər verir ki, tibbi müayinədən uğurla keçən futbolçu 3 illik müqavilə bağlayacaq. Tezliklə rəsmi açıqlama veriləcək. Madrid klubu bu transferdən 15 milyon avro qazanacaq.

2015-ci ildə “Monako”dan “Atletiko”ya transfer olanan Karraskonun ispanlarla müqaviləsi gələn yay başa çatacaqdı. 30 yaşlı futbolçu Madriddə oynayarkən iki dəfə qısa müddətə Çin klublarına icarəyə verilmişdi. İndi isə o, Avropanı birdəfəlik tərk edir.

Oxşar xəbərlər

Daha bir türk futbolçu Ərəbistana yollanır
Rakitiç tibbi müayinədən keçdi - Səudiyyə Ərəbistanı klubu üçün
Ndlovuya qarşı oynayan iki futbolçu da Çinə getdi
“Atletiko”dan yeni transfer
"Yuventus"dan 94 milyon avroluq transfer

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər