reklam
Sportfm.az xəbər saytı

"Yuventus"dan 94 milyon avroluq transfer


"Napoli"nin hücumçusu Qonzalo İquainin yeni komandası müəyyənləşib. Qol.az-ın "Sky Sport İtalia"ya istinadən verdiyi məlumata görə, argentinalı futbolçu "Yuventus"la anlaşıb. Turin təmsilçisi İquain üçün 94 milyon avro təzminat ödəməyə razılaşıb. Tibbi müayinədən keçəcək 28 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanacaq. İquain "Yuventus"da ilinə 7,5 milyon avro qazanacaq. İtaliya nəhənginin bu transferi yaxın vaxtlarda rəsmən açıqlayacağı gözlənilir. 

Qeyd edək ki, 2013-cü ildən "Napoli"də çıxış edən İquain keçirdiyi 94 oyunda 71 qol vurub.

Oxşar xəbərlər

Qonzalo İquain ABŞ klubunda - RƏSMİ
Qonzalo İquain "Yuventus"dan getdi - RƏSMİ
İquayn okeanın o tayına yollanır - Transfer
Ronaldo gəldi, o gedir
Futbol tarixinin 10 ən bahalı transferi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər