reklam
Marek Hamşik karyerasını başa vurur
Sportfm.az xəbər saytı

Marek Hamşik karyerasını başa vurur


"Trabzonspor"un futbolçusu Marek Hamşik bu mövsümün sonunda karyerasını başa vuracağını açıqlayıb.

Sportfm.az xəbər verir ki, bu barədə 35 yaşlı oyunçu təşkil etdiyi mətbuat konfransında bildirib: "Mənə bu şansı verdikləri üçün oynadığım bütün klublara təşəkkür edirəm. Hər zaman yanımda olduqlarına görə ailəmə və yaxın dostlarıma təşəkkürümü bildirirəm. Bu, mənim üçün böyük bir səyahət idi, indi bu səyahətin sonuna yaxınlaşıram".

Qeyd edək ki, M.Hamşik 2007-2022-ci illərdə Slovakiya millisində oynayıb. O, peşəkar karyerası ərzində "Slovan" (Bratislava), "Breşia", "Dalyan Profeşnl, "Höteborq"da çıxış edib. Futbolçu 2021-ci ildən "Trabzonspor"un şərəfini qoruyur.

Xatırladaq ki, Türkiyə Superliqasında 2022/2023 mövsümünün sonuncu turu iyunun 6-da keçiriləcək.

Oxşar xəbərlər

Marek Hamşik karyerasını bitirdi - Millidə
Sloveniya millisinin kapitanı “Trabzonspor”da - Müqavilə
Böyük sevgiyə əlvida: Hamşik rəsmən Çin klubunda
Daha bir ulduz Çində "parlayacaq"
Hamşik futbolda əsas arzusunu dilə gətirdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər