Marek Hamşik karyerasını bitirdi -Millidə
UEFA Millətlər Liqasında Azərbaycan millisi ilə eyni qrupda yer alan Slovakiya yığmasının kapitanı Marek Hamşik milli karyerasını başa vurub.
Sportfm.az xəbər verir ki, “Trabzonspor”un 34 yaşlı yarımmüdafiəçisi bu qərarını Slovakiya Futbol Federasiyasının rəsmi saytına açıqlamasında bildirib.
O, bundan sonra yığmada oynamayacağını söyləyib. Ulduz futbolçu qərar verməyin onun üçün asan olmadığını vuğrulayıb: “Uzun müddət düşündükdən sonra 15 illik milli karyeramı bitirməyin doğru olduğu qənaətinə gəldim. Yığmanı 50-dən çox oyuna kapitan kimi çıxardım, dünya və Avropa çempionatına qatıldım. Bu illər ərzində birgə çalışdığım məşqçilərə və komanda yoldaşlarıma minnətradlığımı bildirirəm”.
Hamşik millidə 135 oyun keçirib və 26 qola imza atıb. O, hər iki göstəricidə Slovakiya yığmasının rekordçusudur.
Oxşar xəbərlər
Marek Hamşik karyerasını başa vurur
Sloveniya millisinin kapitanı “Trabzonspor”da - Müqavilə
Slovakiya yığmasının kapitanı Çin klubunda
Böyük sevgiyə əlvida: Hamşik rəsmən Çin klubunda
Daha bir ulduz Çində "parlayacaq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino
-
Avropa çempionatında ilk medalı Əhməd Yusifov qazandı














Misli Premyer Liqası