Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Daha bir ulduz Çində "parlayacaq"
"Napoli" kapitanı Marek Hamşiklə yollarını ayırıb.
Sportfm.az xəbər verir ki, Slovakiya millisinin yarımmüdafiəçisi karyerasını Çində davam etdirəcək.
32 yaşlı hücumameyilli oyunçu "Dalyan İfan"la anlaşıb. O, yeni komandası ilə 3 illik müqaviləyə qol çəkib. Hamşikin "Dalyan İfan"da illik məvacibi 9 milyon avro təşkil edəcək. "Napoli" isə bu transferdən 15 milyon avro qazanıb.
Qeyd edək ki, Marek Hamşik 2007-ci ildən bəri "Napoli"də çıxış edib. Onun yığması Slovakiya AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alıb.
Oxşar xəbərlər
Marek Hamşik karyerasını başa vurur
Marek Hamşik karyerasını bitirdi - Millidə
Slovakiya yığmasının kapitanı Çin klubunda
Böyük sevgiyə əlvida: Hamşik rəsmən Çin klubunda
Maradonanın rekordu qırıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası