reklam
4-cü yer uğrunda müthiş oyun -
Sportfm.az xəbər saytı

4-cü yer uğrunda müthiş oyun -Misli Premyer Liqası


Bu gün futbol üzrə Misli Premyer Liqasında XXIX tura start veriləcək.

Sportfm.az xəbər verir ki, ilk oyun günündə "Qəbələ" "Zirə"ni qəbul edəcək. Qəbələ şəhər stadionunda təşkil olunacaq görüşü baş hakim Tural Qurbanov idarə edəcək.

Bu matç avrokuboklara vəsiqə verən 4-cü pillə uğrunda mübarizə baxımından böyük əhəmiyyətə malikdir. Hazırda 38 xalla 4-cü yeri tutan "Zirə" özündən 2 xal geridə olan "Qəbələ"yə uduzsa, mövqeyini əldən verəcək.

İndiyədək bu komandalar 30 dəfə üz-üzə gəliblər. Görüşlərin 10-da "Qəbələ", 6-da "Zirə" qalib gəlibsə, 14 matç heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də "qırmızı-qaralar" öndədir - 36:26. “Qəbələ” son 4 oyunda qol vurubsa, “Zirə” son 12 səfər matçında qalib gəlməyib.

Misli Premyer Liqası, XXIX tur
7 aprel (cümə)

17:00. “Qəbələ” – “Zirə”
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Fərid Hacıyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Qəbələ şəhər stadionu

Qeyd edək ki, aprelin 8-də "Sumqayıt" - "Neftçi" və "Səbail" - "Sabah", aprelin 9-da isə "Qarabağ" - "Kəpəz" və "Turan Tovuz" - "Şamaxı" matçları keçiriləcək.

 

Oxşar xəbərlər

"Kəpəz" "Səbail"ə, "Zirə" "Neftçi"yə qarşı - Misli Premyer Liqası
"Şamaxı" "Neftçi" ilə üz-üzə - YENİLƏNİR
"Neftçi" bu dəfə də uduzsa.... Misli Premyer Liqası
"Qarabağ" "Qəbələ"ni, "Şamaxı" "Zirə"ni qəbul edəcək - Misli Premyer Liqası
"Qəbələ" "Zirə"yə, "Neftçi" "Sumqayıt"a qarşı - Azərbaycan Premyer Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər