reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" "Qəbələ"ni, "Şamaxı" "Zirə"ni qəbul edəcək -Misli Premyer Liqası


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura start veriləcək.

Sportfm.az xəbər verir  ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Günün ilk matçında "Şamaxı" "Zirə"ni qəbul edəcək. Bölgə təmsilçisi 12 xalla yeddinci, "qartallar" 26 xalla dördüncü sıradadır.

Komandalar indiyədək Premyer Liqada 28 dəfə üz-üzə gəliblər. Bunların 11-də paytaxt klubu, 6-da meydan sahibləri qələbə qazanıb. Topların nisbətində də "Zirə" üstündür - 34:27.

İkinci görüşdə son çempion "Qarabağ" "Qəbələ"ni sınağa çəkəcək. "Köhlən atlar" 44 xalla liderdir, "qırmızı-qaralar" 24 xalla beşinci sıradadır. Bu, tərəflərin ölkə çempionatlarında 65-ci oyunu olacaq. 30 dəfə Ağdam təmsilçisi, 10 dəfə qonaqlar meydanı 3 xalla tərk ediblər. Topların nisbətində də "Qarabağ"ın aşkar üstünlüyü var - 86:43.

Azərbaycan Premyer Liqası, XVII tur

13 dekabr (çərşənbə axşamı)

14:00. “Şamaxı” – “Zirə”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Teymur Teymurov, Kamal Umudlu
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Şamaxı şəhər stadionu

19:00. “Qarabağ” – “Qəbələ”
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Rəhman İmami, İnqilab Məmmədov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Elman Musayev
“Azersun Arena”

Qeyd edək ki, XVII turun "Kəpəz" - "Sabah" və "Sumqayıt" - "Səbail" oyunları dekabrın 14-də, "Turan Tovuz" - "Neftçi" matçı isə dekabrın 15-də gerçəkləşəcək.

Oxşar xəbərlər

"Qarabağ" Şamaxı səfərində - Misli Premyer Liqası
"Neftçi" "Sabah"ı məğlub edə biləcəkmi? - YENİLƏNİR
“Qəbələ” ilə “Qarabağ” üz-üzə - Premyer Liqa
"Şamaxı" Şamaxıda debüt edəcək - Premyer Liqa
“Qəbələ” “Səbail”ə, “Neftçi” “Keşlə”yə qarşı - Azərbaycan Premyer Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər