reklam
Sportfm.az xəbər saytı

"Şamaxı" "Neftçi" ilə üz-üzə -YENİLƏNİR


Bu gün Misli Premyer Liqasında XXVI turun son oyunu keçiriləcək.

Sportfm.az xəbər verir ki, Şamaxı şəhər stadionunda yerli komanda "Neftçi"ni qəbul edəcək. Saat 15:00-da start götürəcək görüşü baş hakim Fərid Hacıyev idarə edəcək.

Hazırda "Şamaxı" 25 oyundan 20 xalla 9-cu, "Neftçi" 52 xalla 3-cüdür. Bu komandalar indiyədək 72 dəfə üz-üzə gəlib. Qarşılaşmaların 16-da "Şamaxı", 41-də "Neftçi" qələbə qazanıbsa, 15 matç heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də paytaxt təmsilçisi xeyli öndədir - 117:68.

Misli Premyer Liqası, XXVI tur
12 mart (bazar)

15:00. “Şamaxı” – “Neftçi”
Şamaxı şəhər stadionu
Hakimlər: Fərid Hacıyev, Zeynal Zeynalov, Rəhman İmami, Səbuhi Bayramov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Emin Cəfərov

Qeyd edək ki, turun əvvəlki görüşlərində "Kəpəz" "Zirə" ilə, "Turan Tovuz" "Qəbələ" ilə heç-heçə edib - 1:1. Əvəzində "Sabah" "Sumqayıt"ı 4:0, "Qarabağ" "Səbail"i 3:0 hesabı ilə yenib.

Oxşar xəbərlər

"Neftçi" "Şamaxı"ya qalib gəldi - Misli Premyer Liqası
"Turan Tovuz" "Qəbələ"yə, "Qarabağ" "Səbail"ə qarşı - Misli Premyer Liqası
26-cı turun hakim təyinatları məlum oldu
"Qarabağ" "Qəbələ"ni, "Şamaxı" "Zirə"ni qəbul edəcək - Misli Premyer Liqası
"Qarabağ" Şamaxı səfərində - Misli Premyer Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər