reklam
Sportfm.az xəbər saytı

"Kəpəz" "Səbail"ə, "Zirə" "Neftçi"yə qarşı -Misli Premyer Liqası


Bu gün Misli Premyer Liqasında XXVIII turun növbəti görüşləri keçiriləcək. 

Sportfm.az xəbər verir ki, ikinci oyun günündə 2 matç gerçəkləşəcək.

Əvvəlcə "Kəpəz" və "Səbail" komandaları Gəncə şəhər stadionunda üz-üzə gələcəklər. Baş hakim Tural Qurbanov start fitini saat 15:30-da səsləndirəcək.

27 turdan sonra "Kəpəz" 22 xalla 8-ci, "Səbail" 18 xalla 10-cu pillədə qərarlaşıb. Qalib gələcək tərəf turnir cədvəlində bir pillə irəliləyəcək, heç-heçə isə hər iki komandanı öz mövqeyində saxlayacaq.

İndiyədək 7 oyundan 2-də "Kəpəz", 4-də "Səbail" qələbə qazanıbsa, 1 görüş heç-heçə ilə tamamlanıb. Topların nisbətində də bakılılar öndədir - 11:9. “Kəpəz” evdə ən azı 2 qol vurub. Gəncə təmsilçisinin meydanındakı matçlarda 3 və ya daha çox qol qeydə alınıb.

Daha bir diqqət çəkən məqam odur ki, hazırda paytaxt təmsilçisinin sükanı arxasında olan Şahin Diniyev əvvəlki komandasına qarşı mübarizə aparacaq.

Günün son matçında "Zirə" və "Neftçi" komandaları qarşılaşacaq. Zirə İdman Kompleksinin stadionunda baş hakim Nicat İsmayıllının idarə edəcəyi görüş saat 19:30-da başlanacaq. Hazırda "Neftçi" 56 xalla 3-cü, "Zirə" 37 xalla 4-cü yerdə gedir.

Bu, iki komanda arasında 30-cu oyun olacaq. Əvvəlki matçlardan 12-də "Zirə", 10-da "Neftçi" qələbə qazansa da, topların nisbətində "ağ-qaralar" öndədir - 33:28. Flaqman son 3 görüşdə qalib gəlib. Qəsəbə təmsilçisi isə son 6 ev matçından yalnız birində qol vurmayıb.

Misli Premyer Liqası
XXVIII tur
1 aprel (şənbə)

15:30. “Kəpəz” – “Səbail”
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Şirmamed Mamedov, Kamal Umudlu
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Gəncə şəhər stadionu

19:30. “Zirə” – “Neftçi”
Hakimlər: Nicat İsmayıllı, Kamran Bayramov, Cəmil Quliyev, Emin Əliyev
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, açılış oyununda "Sumqayıt" səfərdə "Turan Tovuz"a qalib gəlib - 3:2. Tura aprelin 2-də keçiriləcək "Şamaxı" - "Qarabağ" və "Sabah" - "Qəbələ" oyunları ilə yekun vurulacaq.

 

Oxşar xəbərlər

4-cü yer uğrunda müthiş oyun - Misli Premyer Liqası
28-ci turun hakim təyinatları açıqlandı
"Şamaxı" "Neftçi" ilə üz-üzə - YENİLƏNİR
"Səbail" "Sumqayıt"a, "Sabah" "Kəpəz"ə qarşı - YENİLƏNİR
"Neftçi" bu dəfə də uduzsa.... Misli Premyer Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər