Azərbaycan şahmatçısı 8-ci pillədə -Avropa çempionatı
Azərbaycan şahmatçıları Serbiyanın Vrnyaçka Banya şəhərində təşkil olunan 23-cü şəxsi Avropa çempionatında növbəti görüşlərini keçiriblər.
Sportfm.az xəbər verir ki, VII turda Əhməd Əhmədzadə, Namiq Quliyev, Vüqar Rəsulov, Riad Səmədov, Elmar Atakişiyev, Nail Bəşirli qələbə qazanıb.
Nicat Abbasov, Vüqar Əsədli, Ülvi Sadıqov, Aydın Süleymanlı, Vüqar Manafov, Xaqan Əhməd, Məhəmməd Muradlı, Şahin Vəliyev görüşlərini heç-heçə ilə başa vurublar.
Misrətdin İsgəndərov, Xəzər Babazadə, Ülviyyə Fətəliyeva isə məğlubiyyətlə üzləşib. Abdulla Qədimbəyli və Eltac Səfərlinin rəqibləri qarşılaşmaya çıxmayıblar.
Hazırda iti zəka sahiblərindən ən yaxşı göstərici Nicat Abbasova məxsusdur. 27 yaşlı qrossmeyster bir pillə irəliləyərək 5,5 xalla 8-ci sırada qərarlaşıb.
Qeyd edək ki, Avropa çempionatı martın 14-də başa çatacaq. Turnirdə 40 ölkədən 480-dən çox şahmatçı mübarizə aparır.
Oxşar xəbərlər
Səfərlinin ilk xal itkisi - Avropa çempionatı
Şahmatçılarımızın qatılacağı Avropa çempionatının mükafat fondu - 100 000 avro
Vasif Durarbəyli liderdir - Azərbaycan çempionatı
Azərbaycanın 4 şahmatçısı Dünya Kubokuna vəsiqə qazanıb
Azərbaycan yığmasının heyəti açıqlandı - Şahmat üzrə Avropa çempionatı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yığmamız Avstriyaya qalib gəldi - Dünya çempionatı
-
"Qarabağ" "İmişli"yə, "Turan Tovuz" "Şəfa"ya qarşı - Premyer Liqa
-
"Şəfa" - "Turan Tovuz" - START HEYƏTLƏR
-
"Bu barədə onun özündən soruşsanız, daha yaxşı olar" - Kurban Berdıyev
-
Cəmilə Muradlı Avropa çempionu oldu - UĞUR
-
“Sumqayıt” 4–1 “Qəbələ” - VİDEO















Misli Premyer Liqası