Azərbaycan yığmasının heyəti açıqlandı -Şahmat üzrə Avropa çempionatı
Şahmat üzrə Azərbaycan milli komandasının martın 27-də Sloveniyada start götürəcək Avropa çempionatı üçün heyəti açıqlanıb.
Sportfm.az xəbər verir ki, aprelin 6-dək davam edəcək qitə turnirində 15 zəka sahibi qüvvəsini sınayacaq. Onlardan 14-ü kişi, 1-i isə qadın qrossmeysterdir.
Yarışda Qədir Hüseynov, Nicat Abasov, Vasif Durarbəyli, Eltac Səfərli, Vüqar Əsədli, Misrətdin İsgəndərov, Məhəmməd Muradlı, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Abdulla Qədimbəyli, Murad İbrahimli, Riyad Səmədov, Gövhər Beydullayeva, Toğrul Həsənzadə, Şahin Vəliyev mübarizə aparacaqlar.
Qeyd edək ki, İsveçrə sistemi üzrə təşkil olunacaq Avropa çempionatı 11 turdan ibarət olacaq. Turnirin ümumi mükafat fondu 100 000 avro təşkil edəcək.
Oxşar xəbərlər
Səfərlinin ilk xal itkisi - Avropa çempionatı
Şahmatçılarımızın qatılacağı Avropa çempionatının mükafat fondu - 100 000 avro
Azərbaycanın 4 şahmatçısı Dünya Kubokuna vəsiqə qazanıb
Şahmatçılarımız mübarizəyə başlayır - Avropa kuboku
Avropa kubokunda ölkəmizi 5 komanda təmsil edəcək - Onlayn
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası