reklam
Şahmatçılarımızın qatılacağı Avropa çempionatının mükafat fondu -
Sportfm.az xəbər saytı

Şahmatçılarımızın qatılacağı Avropa çempionatının mükafat fondu -100 000 avro


Martın 3-də Serbiyanın Vrnyaçka Banya şəhərində start götürəcək şahmat üzrə 23-cü şəxsi Avropa çempionatının mükafat fondu açıqlanıb.

Sportfm.az xəbər verir ki, Azərbaycan şahmatçılarının da qatılacağı turnirdə ilk 23 yeri tutacaq şəxslər mükafatlandırılacaqlar.

Həmin 23 nəfər, eyni zamanda, Dünya Kuboku-2023-ün təsnifat yarışına vəsiqə qazanacaq.

Avropa çempionatının qalibi 20 000 avro əldə edəcək. İkinci yerin sahibi 15 000, üçüncü pillədə qərar tutacaq şahmatçı isə 10 000 avro qazanacaq.

Həmçinin, 18 yaşadək gənclər, 50 yaşdan yuxarı yaşlılar və qadınlar üçün də ayrıca mükafat təsis edilib. Ümumilikdə 100 000 avro mükafat fondu ayrılıb.

40 ölkədən 493 şahmatçının mübarizə aparacağı şəxsi Avropa çempionatı İsveçrə sistemi ilə keçiriləcək və 11 turdan ibarət olacaq.

Ümumi mükafat fondu:

1-ci yer: 20 000 avro

2: 15 000

3: 10 000

4: 7000

5: 6000

6: 5000

7: 4000

8: 3000

9-10: 2500

11-12: 2000

13-14: 1500

15: 1400

16: 1300

17: 1200

18: 1100

19-23: 1000

18 yaşadək şahmatçılar:

1: 1000

2: 600

3: 400

50 yaşdan yuxarı şahmatçılar:

1: 1000

2: 600

3: 400

Qadın şahmatçılar:

1: 1200

2: 900

3: 700

4: 500

5: 400

6: 300

Qeyd edək ki, martın 14-dək davam edəcək qitə çempionatında Azərbaycanı Nicat Abasov, Eltac Səfərli, Misrətdin İsgəndərov, Vüqar Əsədli, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Namiq Quliyev, Vüqar Rəsulov, Abdulla Qədimbəyli, Əhməd Əhmədzadə, Ülvi Sadıqov, Xəzər Babazadə, Read Səmədov, Ülviyyə Fətəliyeva, Vüqar Manafov, Nail Bəşirli, Elmar Atakişiyev, Xaqan Əhməd və Şahin Vəliyev təmsil edəcəklər.

Oxşar xəbərlər

“Baku Open 2023”ə qatılacaq azərbaycanlı şahmatçılar - SİYAHI
Azərbaycan şahmatçısı 8-ci pillədə - Avropa çempionatı
Səfərlinin ilk xal itkisi - Avropa çempionatı
Azərbaycan yığmasının heyəti açıqlandı - Şahmat üzrə Avropa çempionatı
Şahmatçılarımız Avropa çempionatında çıxış edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər