Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycanın 4 şahmatçısı Dünya Kubokuna vəsiqə qazanıb
Sloveniyada kişi şahmatçılar arasında şəxsi Avropa çempionatı başa çatıb.
Sportfm.az xəbər verir ki, sonuncu - XI turun görüşlərindən sonra Azərbaycan təmsilçilərinin yarışdakı yekun mövqeyi bəlli olub.
Yerli qrossmesyterlər arasında qitə birinciliyində ən yaxşı nəticəyə Vasif Durarbəyli imza atıb. O, Avropa çempionatını 8 xalla 8-ci sırada başa vurub.
Hərəyə 7,5 xal toplayan Abdulla Qədimbəyli, Misrətdin İsgəndərov və Qədir Hüseynov 9, 10 və 11-ci yerləri, Nicat Abbasov isə 25-ci pilləni tutub.
Yarışın qalibi 8,5 xalla almaniyalı Mattias Blübaum olub. İlk "20-lik"də qərarlaşan şahmatçılar 2023-cü ildə keçiriləcək Dünya Kubokuna vəsiqə qazanıb.
Qeyd edək ki, Azərbaycanı Avropa çempionatında həmçinin Vüqar Əsədli, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Eltac Səfərli, Gövhər Beydullayeva, Riad Səmədov, Murad İbrahimli, Şahin Vəliyev və Toğrul Həsənzadə təmsil ediblər.
Oxşar xəbərlər
Azərbaycan şahmatçısı 8-ci pillədə - Avropa çempionatı
Talıbov ağ fiqurlara məğlub oldu - Azərbaycan çempionatın
Dünya çempionatı başa çatır - Şahmat üzrə
Ən yüksək yerdə Rauf Məmmədov qərarlaşıb - DÇ
Azərbaycan yığmasının heyəti açıqlandı - Şahmat üzrə Avropa çempionatı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası