reklam
Daha bir idmançımızda dopinq tapıldı
Sportfm.az xəbər saytı

Daha bir idmançımızda dopinq tapıldı


Azərbaycanın daha bir idmançısı dopinqdə "ilişib”.
Sportfm.az xəbər verir ki, yığmamızın və "Synergy Baku”nun milliləşdirilmiş legioneri Maksim Averinin orqanizmində istifadəsi qadağan olunan maddə tapılıb.
 
Belə ki, ötən ay ondan götürülən analiz müsbət nəticələnib və velosipedçinin meldoni preparatından faydalandığı üzə çıxıb.
 
Bu səbəbdən də onun beynəlxalq yarışlardakı iştirakına qadağa qoyulub. B probunun nəticəsindən asılı olaraq, Averinlə bağlı yekun qərar veriləcək.
 
Qeyd edək ki, Avropa Oyunlarında start xəttinə çıxmayan Averin Rio-2016-da finişə çatmamışdı. Komandamızın 32 yaşlı lideri Fransadakı Avropa və Qətərdəki dünya çempionatında da yarışı yarımçıq tərk etmişdi. 
 
Ölkəmiz bunadək güləş, cüdo, ağırlıqqaldırma, atletika, futbol kimi növlərdə də dopinq qalmaqalı ilə üzləşib

Oxşar xəbərlər

Maksim Averin Azərbaycan yığmasından kənarlaşdırıldı - DOPİNQ QALMAQALI
Dünya çempionumuzda dopinq aşkarlandı
Rio-2016: Olimpiya Oyunlarında dopinq qalmaqalı
Daha bir ağırlıqqaldıranımızda dopinq tapıldı
Yığmamıza cəza, cəza dalınca!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər