reklam
Rio-2016: Olimpiya Oyunlarında dopinq qalmaqalı
Sportfm.az xəbər saytı

Rio-2016: Olimpiya Oyunlarında dopinq qalmaqalı


Rio-2016 Yay Olimpiya Oyunlarında ilk dopinq qalmaqalı yaşanıb. Sportfm.az xəbər verir ki, ağırlıqqaldırma üzrə Qırğızıstan yığmasının üzvü İzzat Artikovun qanında qadağan olunmuş maddə aşkarlanıb. Artikov 69 kq çəki dərəcəsində bürünc medal qazansa da, onun dopinq testi müsbət nəticələnib. Beynəlxalq İdman Arbitraj Məhkəməsi (CAS) 22 yaşlı idmançının yarışlardan kənarlaşdırıldığını bəyan edib. Ancaq medalın onun əlindən alınıb-alınmaması ilə bağlı açıqlama verilməyib. Həmçinin Moldova yığmasının kanoeçisi Sergey Tarnovski də eyni problemlə üzləşib. 1000 məsafəyə yürüşdə bürünc medal qazanan 19 yaşlı Tarnovskinin qanında dopinq aşkarlanıb. Beynəlxalq Kanoe Federasiyası məsələ ilə bağlı araşdırmanı davam etdirir.
 
Qeyd edək ki, Rio-2016-da həm Moldova, həm də Qırğızıstan hələlik cəmi 1 bürünc medal əldə ediblər ki, onlar da əllərindən alına bilər.

Oxşar xəbərlər

Cahangir Əsgərovun federasiyasında növbəti dopinq qalmaqalı
Olimpiya oyunlarında ilk dopinq qalmaqalı
Rio-de-Janeyro Olimpiya Oyunlarının qalibindən dopinq tapıldı
Rusiyanın yüngül atletika yığması olimpiadanın qızıl medalından məhrum edilib
Rio-2016: İlk dopinq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər