reklam
Bədii gimnasta ev hədiyyə edildi - Azərbaycanda
Sportfm.az xəbər saytı

Bədii gimnasta ev hədiyyə edildi - Azərbaycanda


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov "Xatun” Bədii Gimnastika Klubunun baş məşqçisi, bədii gimnastika üzrə idman ustası Humay Qafarovaya yeni mənzil hədiyyə edib.
 
Sportfm.az xəbər verir ki, V. Talıbov mənzilin açarının təqdimi zamanı deyib ki, muxtar respublikada qızların idmana cəlbinə xüsusi diqqət yetirilir. "Qadınların və qızların idman obyektlərindən istifadəsi üçün lazımi şərait yaradılıb, özəl fitnes mərkəzləri və müxtəlif idman klubları fəaliyyətə başlayıb. Qızların idmana cəlbində Humay Qafarovanın da xidmətləri var”. 
 
Humay Qafarova yeni mənzillə təmin olunduğuna görə V. Talıbova minnətdarlıq edib. O, qızların bədii gimnastikaya cəlbi və bu idman növünün muxtar respublikada inkişafı sahəsində səmərəli fəaliyyət göstərəcəyinə söz verib. 
 
Sonra Ali Məclisin sədri mənzilin orderini Humay Qafarovaya təqdim edib.
 

Oxşar xəbərlər

Yeni gənclər və idman naziri məlum oldu - Naxçıvanda
Gənclər və idman naziri istefaya göndərildi
Naxçıvanda futbola həsr edilən iclas keçirildi - FOTO
Vasif Talıbovun oğlu federasiya rəhbəri seçildi - FOTO
"Türkiyə yığmasının qazandığı uğur planlı işin nəticəsidir" - ÖZƏL

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər