Braziliya Futbol Konfederasiyası məhkəməyə verildi -Pişiyə görə
Bir qrup qeyri-hökumət təşkilatı Braziliya Milli Heyvanların Rifah Forumu ilə birlikdə DÇ-2022-dəki pişik qalmaqalına görə Braziliya Futbol Konfederasiyasını (CBF) məhkəməyə verib.
Sportfm.az xəbər verir ki, bu barədə "El Grafico" məlumat yayıb. Bildirilib ki, onlar 1 milyon real (təxminən 176 min avro) təzminat tələb edir. İddiaçılar həmçinin CBF-dən ictimai üzr istəməsini və ətraf mühit və heyvanlara qulluq təşkilatının əməkdaşları üçün mühazirə təşkil etməyi tələb ediblər.
Xatırladaq ki, DÇ-2022-nin 1/4 final mərhələsinin Xorvatiya - Braziliya oyunu (1:1, 4:2 - penaltilər) ərəfəsində keçirilən oyunöncəsi mətbuat konfransında Braziliya millisinin mətbuat katibi mikrofonların quraşdırıldığı masaya çıxan pişiyi əvvəlcə sığallasa da, sonra onu götürərək yerə tullayıb.
Oxşar xəbərlər
Ançelotti ilə Braziliya millisi arasında danışıqları onlar aparır
Argentina və Xorvatiya yarımfinalda - DÇ-2022
Mətbuat konfransında qalmaqal - VİDEO
Niyə Almaniya dünya çempionu olmayacaq? - İddia
Neymar hökuməti məhkəməyə verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası