reklam
Niyə Almaniya dünya çempionu olmayacaq? -
Sportfm.az xəbər saytı

Niyə Almaniya dünya çempionu olmayacaq? -İddia


Təxminən 2 ay sonra Rusiyada təşkil olunacaq futbol üzrə Dünya Kuboku öncəsi FİFA yığma komandaların yeni reytinq siyahısını açıqlayıb və Almaniya yığması zirvədə yer alıb. Braziliyanın ikinci olduğu cədvəldə, Belçika üçüncü, Portuqaliya isə dördüncü pillədə qərarlaşıb.

Sportfm.az xəbər verir ki, statistika FİFA sıralamasında birinci olan ölkələrin Dünya Kubokunda uğursuzluğa düçar olduğunu göstərir. 1994-cü ildən indiyədək keçirilən mundialların heç birində FİFA reytinqində ilk pillədə olan milli komanda çempion ola bilməyib.

ABŞ - 1994

1. Almaniya (1/4 final)

2. Hollandiya

3. Braziliya (çempion)

4. İtaliya (finalçı)

Fransa - 1998

1. Braziliya (finalçı)

2. Almaniya

3. Çexiya

18. Fransa (çempion)

Cənubi Koreya və Yaponiya - 2002

1. Fransa (qrupdan çıxa bilmədi)

2. Braziliya (çempion)

3. Argentina

11. Almaniya (finalçı)

Almaniya - 2006

1. Braziliya (1/4 final)

2. Çexiya

8. Fransa (finalçı)

13. İtaliya (çempion)

Cənubi Afrika - 2010

1. Braziliya (1/4 final)

2. İspaniya (çempion)

3. Portuqaliya

4. Hollandiya (finalçı)

Braziliya - 2014

1. İspaniya (qrupdan çıxa bilmədi)

2. Almaniya (Çempion)

3. Braziliya

5. Argentina (finalçı). (publika.az)

Oxşar xəbərlər

Dünya çempionatları tarixinin ən yaxşıları - SİYAHI
Argentina millisi İtaliyanı geridə qoydu - SİYAHI
Braziliya Almaniyadan üstün oldu - DÇ-2022
1/4 finalın növbəti cütlüyü müəyyənləşir - DÇ-2022
Finalda ən çox qol vurmuş futbolçular - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər