reklam
Sportfm.az xəbər saytı

"Futbolumuzun geriyə getdiyini anlayacaqsınız!" - MÜSAHİBƏ


Ölkə futbolunda bir çox intizamsız futbolçu olub. Hətta onlardan bəziləri aldıqları ağır cəzalardan sonra futbolla birdəfəlik vidalaşıblar. Bir zamanlar "Xəzər Universiteti” komandasında parlayan Aqşin Ömərovda vaxtilə iki dəfə ağır cəzaya məruz qalıb. Ancaq o futbolu atmayıb. Hazırda futzal üzrə Azərbaycan Birinci Liqasında "Marafon” klubunun şərəfini qoruyan Ömərov Sportfm.az saytına müsahibəsində bir çox mətləblərə aydınlıq gətirdi. 
- Aqşin sən futbola pul olmayan dönəmdə başlamısan, pul çox olanda oynamısan, indi vəziyyət necədir?
- Pulsuz oynadığımız çox oldu, pullu vaxtları da gördük. Əvvəllər çox çətin idi, pul olmamaqla yanaşı, oynamaq üçün şəraitdə yox idi. İndi heç olmasa stadionlar var. Bazalar tikilib. Düzdür, bir ara bizim futbolda böyük pullar dövr etməyə başladı. Amma indi elə deyil. Həyat davam edir.
- Aqşin Ömərov vaxtilə Azərbaycanın ən perspektivli gənclərindən(21 yaşlılardan ibarət yığma komandamızın üzvü olub – red.)biri olmaqla bərabər, iki dəfə agir cəza alması ilə yadda qalıb. 
- Hər iki cəza ölkəmizdə futbolun zəif olduğu vaxtlara təsadüf etdi. Ona görə də, karyerama ciddi təsiri olmadı. Cavan yaşlarında insanlar belə səhvlər edir. Yadımdadı, birini yaşımın gənc olmasını nəzərə alıb bağışladılar. Həmin cəzalar mənə dərs oldu. 
- Müxtəlif klubların heyətində cıxış etmisən. Onların arasında bölgə komandaları da olub. İndi isə Premyer Liqada əsasən paytaxt klubları yer alır. 
- Əvvəlki illərə baxanda hazırda futbol sıfır səviyyəsindədir. Çempionatda cəmi 8 komanda mübarizə aparır, onların təqribən yarısını AFFA maliyyələşdirir. Bizim futbolumuz son illər irəliyə yox, geriyə doğru addımlayır. Nə olsun ki, yığma 7 xal yığıb! Düz-əməlli çempionat keçirilmirsə, yığmaya oyunçu haradan seçilməlidir. Siz hazırda mənə Samir Ələkbərov, Vidadi Rzayev, Yunis Hüseynov, Bəxtiyar Musayev kimi futbolçu göstərin, yoxdursa, onda futbolumuzun geriyə getdiyini anlayacaqsınız. Hardadır indi elə usta futbolçular? Ordan-burdan gətirməklə deyil ki, gərək özündə yetişsin. 
- "İnter”in kapitanı Nizami Hacıyevin yığmaya dəvət olunmamasına necə baxırsan?
- Hər məşqçinin öz düşüncəsi və taktikası var. Bir çox mütəxəssislər öz taktikasına uyğun futbolçuları seçir. Bu da Robert Prosineçkinin seçimidir. Burada qəbahətli bir şey yoxdur. Belə görünür ki, Nizami onun taktikasına uyğun gəlmir. 
- "Qarabağ”, yoxsa "Qəbələ” - hansı çempionluğa daha çox layiqdir?
- Hər iki komanda yaxşı futbol nümayiş etdirir və çempion olmağa layiqdirlər. Ancaq mən "Qəbələ”nin qızıl medalları qazanmasını istərdim. Çünki hələ çempion olmayıblar və bölgəni təmsil edirlər. 
"Futbolumuzun geriyə getdiyini anlayacaqsınız!" - MÜSAHİBƏ

Oxşar xəbərlər

"Futzalla futbolu eyni vaxtda oynamağı məsləhət görmürəm" - iki idman növü üzrə yığmamızın sabiq üzvü (LAYİHƏ)
Nizami Hacıyev:"Onlara futbol maraqlı deyil"
Azərbaycan çempionatının bombardiri olan futbolçu..."Evlərdə tavanları təmir edirəm..." - ÖZƏL
Ölkəmizin hansı bölgəsində futbol yox olmaq üzrədir? - PROBLEM
Ramil Mansurov:”Buranın bataqlıq olduğunu düşünürlərsə...”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər