Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Ramil Mansurov:”Buranın bataqlıq olduğunu düşünürlərsə...”
Futbol üzrə Azərbaycan Birinci Divizionunda mübarizə aparan və ağır günlərini yaşayan "Şahdağ” komandasının hücumçusu Ramil Mansurov Sportfm.az saytının suallarını cavablandırıb.
- "Şahdağ”ın düşdüyü ağır durum hər kəsə məlumdur.
- Prezidentimiz Ərəstun Niftiyev klubun yaşaması üçün əlindən gələni edir. Bildiyimə görə, Ərəstun müəllim artıq komandamızın sponsoru ilə görüşüb. Yaxın günlərdə "Şahdağ”ın taleyinə aydınlıq gələcək. İşlər qaydasına düşərsə, yanvarın 5-də təlim-məşq toplanışı üçün yığışacağıq.
- Klubdan futbolçulara olan külli miqdarda borcun nə vaxt ödənəcəyi ilə bağlı konkret tarix deyiblər?
- İki aydır maaş üzünə həsrətik. Deyiblər ki, yeni ildən sonra bütün borclar ödənəcək. Görək, gözləyirik.
- Yeni ildən sonra Qusar komandasında vəziyyət düzələrsə, hansı addımı atacaqsan?
- İnanıram ki, hər şey yaxşı olacaq. Heç nə dəyişməsə belə oynayacağıq. Azarkeşlərə görə oynayacağıq. "Şahdağ”ın azarkeşləri bizi heç vaxt yalnız buraxmayıb. Bütün oyunlarımıza gəlirlər, maraqlanırlar. Şəxsən mənə bir çox təklif gəlib, hətta Türkiyə klublarından belə mənimlə maraqlananlar var. Təbii ki, indi həmin klubların adlarını açıqlamaq düzgün olmaz. Mövsümün sonuna qədər müqaviləm var, qalıb oynamaq istəyirəm.
- Ramil, çoxları Birinci Divizionu "bataqlıq” adlandırır.
- Bunu məndə eşitmişəm. Sadəcə bura baxan yoxdur. Birinci Divizionda Premyer Liqada oynamağa layiq futbolçular var. Götürək elə Amil Yunanovu. O, Premyer Liqa klubuna keçdi, uğurlu çıxış etdi, qollarını vurdu, hətta yığmamıza belə dəvət edildi. Demək ki, burada Amil kimi futbolçular var, sadəcə izləyən, maraqlanan yoxdur. Doğurdan buranın bataqlıq olduğunu düşünürlərsə, onda Birinci Divizionu ləğv etsinlər.
- Bir zamanlar futbolumuzun ən ümidverici gənclərindən biri hesab olunurdun. Gənc yaşlarında "İnter”in əsas heyətində çıxış edirdin. Ramil Mansurov niyə "gözdən” itdi?
- Bu məsələdə heç kəsi günahlandıra bilmərəm. Bütün günahlar özümdədi. Mənim bu vəziyyətə düşməyimə səbəb, "İnter”dən getməyim oldu, sonralar çox peşmançılıq çəkdim. Oradan məni heç kim göndərmədi, özüm ayrılmaq qərarına gəldim. Düşünürəm ki, böyük səhvə yol verdim. O gedişdən sonra heç cür özümə yer tapa bilmədim, ancaq yenidən əvvəlki səviyyədə çıxış etmək üçün əlimdən gələni edəcəm. Çalışmaq lazım olduğunu anlayıram.
Oxşar xəbərlər
Klub prezidenti:"Komandalara dövlət tərəfindən pul ayrılır" - ÖZƏL
“Şahdağ”da yeni baş məşqçi
“Şahdağ”ın futbolçusu:”Bizi aldatsalar da, azarkeşlərə görə oynayırıq” - VİDEO
"Şəmkir"li futbolçu:"O uşaqlar qətiyyən elə işlərə qol qoya bilməz"
Birinci divizionda XI tura yekun vuruldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası