Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Ölkəmizin hansı bölgəsində futbol yox olmaq üzrədir?- PROBLEM
Azərbaycanın bəzi bölgələrində "sehrli top oyunu” yox olmaq üzrədir. Belə rayonlardan biri 85 min əhalisi olan Ağstafadır. Rayonun ən adlı-sanlı futbolçularından biri, "Göyəzən”, "Xəzri”, "Kəpəz”, "Turan”, "Şəmkir” kimi klublarda çıxış etmiş, hazırda "Qəbələ” akademiyasında 13 yaşlıların baş məşqçisi kimi çalışan Ülfət Mədətov ürəyini Sportfm.az saytına boşaltdı.
- Deyəsən, Ağstafa rayonunda futbol sahəsində yaman sakitlikdir!
- Hazırda bizim rayonda futbol adına demək olar ki, heçnə yoxdur. Belə böyük rayonda bir həvəskar komanda belə yoxdursa, hansı futboldan danışmaq olar?
- Ümumiyyətlə komanda yaradılması üçün təşəbbüs irəli sürən olub?
- Bunu rayon rəhbərliyi, idman idarəsi edə bilər. Onlar isə demək olar ki, bu işlə maraqlanmır. Qalmışıq futbolsuz.
- Bölgədə futbolla məşğul olan uşaqlar hara gedirlər, hansı yolla bu oyunun sirlərini öyrənirlər?
- Uşaq Gənclər İdman məktəbinin nəzdində fəaliyyət göstərən futbol bölməsində xeyli sayda uşaq məşq edir. Onların içərisində istedadlı yeniyetmələr var. Ancaq təəssüflər olsun ki, bir müddət məşq etdikdən sonra imkanı olan uşağını buradan aparır. Çünki burada perspektiv görmürlər. Məşqlərdə adi top tapmaq belə müşkül məsələyə çevrilib. Mən əlimdən gələn köməyi etsəmdə, bu yetərli deyil. İnvertar çatışmır, normal məşq meydançamız yoxdur. Vaxtilə burada yetişən uşaqların bəziləri hazırda Premyer Liqa klublarının uşaq komandalarında, əsasəndə "Qəbələ”də çıxış edir. Hazırda Ağstafa futbolunun yetirmələri Fərid Nəbiyev "Qəbələ”də əsas heyətə cəlb edilir(A.Ə-19 yaşlılardan ibarət yığmamızın üzvü). Daha bir ağstafalı Emin Zamanov Şahin Diniyev tərəfindən "Kəpəz”in təlim-məşq toplanışında iştirak edir. Yusif Nəbiyev isə "Sumqayıt”ın aparıcı üzvlərindən biridir.
- AFFA invertarla bağlı kömək etmir?
- Arxada qalan 2016-cı ildə heç nə verilməyib. Bu il isə deyə bilmərəm nə isə olacaq, yoxsa yox.
- Çıxış yolunu nədə görürsünüz?
- Bölgələrdə komandalar olmasa futbolun inkişafından danışmaq olmaz. Ən azından futbolçu yetişdirmək istəyiriksə, heç olmasa həvəskarlar liqasında mübarizə aparan bir klubumuz olmalıdı. Yoxsa 12 yaşına qədər məşq et, sonra komanda olmadığına görə futbolu at. Belə olmaz axı..O vaxtlar "Avey” vardı, özünü yaxşı tərəfdən göstərən gəncləri ora cəlb edirdilər. Həmin klub mütləq bərpa olunmalıdır.
Oxşar xəbərlər
AFFA bölgələri unutsa da, futbol adamları ayaqda qalmağa çalışır - Ağstafada klub yarandı
Ağstafada xəstəlik saçan stadion - Rəhbərlik niyə göz yumur?
Dar küçələr və yox olan ənənələr! (LAYİHƏ)
"Futbolçunun gəlmək imkanı yoxdursa, gərək biz gedək" - Qonşu ölkənin təcrübəsi nə deyir? - ÖZƏL
Futzal Assosiasiyasının prezidenti:“Yerli futzalçılara güvənmək lazımdır”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası