reklam
Dünya çempionatında saxta azarkeşlər -
Sportfm.az xəbər saytı

Dünya çempionatında saxta azarkeşlər -DÇ-2022


Futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək Qətər pul qarşılığında saxta azarkeşlər icarəyə götürüb.

Sportfm.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə videolar yayılıb.

Görüntülərdə üzərilərində Braziliya, İspaniya, Almaniya, Portuqaliya və Argentina formaları olan azarkeşlərin yürüş etdiyi əks olunub. İstifadəçilər şərhlərdə həmin şəxslərin sözügedən ölkələrin fanatlarına oxşamadıqlarını yazıblar.

Bəzi ölkələr Qətərdəki mundialı boykot edir. İddiaya görə, ölkənin müvafiq qurumları boykotdan təsirlənmədiklərini göstərmək üçün belə bir addım atıblar.

Qeyd edək ki, noyabrın 20-də start götürəcək dünya çempionatı dekabrın 18-dək davam edəcək.

Oxşar xəbərlər

İlk oyunu Ekvador qazandı - DÇ-2022
Bugün Qətərdə futbol üzrə dünya çempionatı start götürəcək - TƏQVİM
Dünya çempionatının biletləri satışa çıxarıldı - 69 - 220 dollar
Mundial iştirakçıları peyvəndlənəcək - DÇ-2022
ABŞ, Meksika və Kanada - Mundial bu ölkələrdə keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər