Bugün Qətərdə futbol üzrə dünya çempionatı start götürəcək -TƏQVİM
Bu gün futbol üzrə dünya çempionatına start veriləcək.
Sportfm.az xəbər verir ki, Qətərdə baş tutacaq sayca 22-ci mundial 29 gün davam edəcək.
Dörd illiyin nəhəng yarışının açılış oyununda ev sahibi Qətərlə Ekvador yığması üz-üzə gələcək.
A qrupunun matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. 60 minlik azarkeş tutumuna malik "El-Bayt" stadionundakı qarşılaşmanı italiyalı Daniele Orsato idarə edəcək. Görüşdən əvvəl açılış mərasimi gerçəkləşəcək.
İlk dəfə dünya çempionatı yay fasiləsində deyil, mövsümün gedişində keçiriləcək. Budəfəki mundial tarixdə ikinci dəfə Asiyada reallaşacaq. 2002-ci ildə Yaponiya və Cənubi Koreya mundiala ev sahibliyi edib.
32 komandanın iştirakı ilə keçiriləcək futbol bayramı dekabrın 18-də baş tutacaq final matçı ilə yekunlaşacaq.
Bu, həm də 32 komandanın iştirakı ilə baş tutan sonuncu çempionat olacaq. 2026-cı ildə ABŞ, Meksika və Kanadanın birgə təşkil edəcəyi mundialda 48 yığma mübarizə aparacaq.
A qrupu: Qətər, Ekvador, Seneqal, Niderland
B qrupu: İngiltərə, İran, ABŞ, Uels
C qrupu: Argentina, Səudiyyə Ərəbistanı, Meksika, Polşa
D qrupu: Fransa, Avstraliya, Danimarka, Tunis
E qrupu: İspaniya, Kosta-Rika, Almaniya, Yaponiya
F qrupu: Belçika, Kanada, Mərakeş, Xorvatiya
G qrupu: Braziliya, Serbiya, İsveçrə, Kamerun
H qrupu: Portuqaliya, Qana, Uruqvay, Cənubi Koreya
Əvvəlki 21 turnirdə 8 komanda çempionluq sevinci yaşayıb. Braziliya 5, İtaliya və Almaniya 4, Uruqvay, Argentina və Fransa 2, İngiltərə ilə İspaniya hərəyə 1 dəfə qalib olublar. 2018-ci ildə Fransa Xorvatiyanı 4:2 hesabı ilə məğlub edərək qızıl medal qazanıb.
DÇ-2022-nin qalibi 40 milyon ABŞ dolları qazanacaq. İkinci yeri tutan milliyə 30 milyon, üçüncü yerin sahibinə 27 milyon dollar veriləcək. 4-cü olan kollektiv isə 25 milyon dollar alacaq.
Dünya çempionatı
A qrupu
I tur
20:00. Qətər - Ekvador
Baş hakim: Daniele Orsato (İtaliya)
"El-Bayt" stadionu
Oxşar xəbərlər
İlk oyunu Ekvador qazandı - DÇ-2022
Dünya çempionatı başladı - YENİLƏNİR
Qruplarının tərkibi dəqiqləşdi - DÇ-2022
DÇ-2022-nin təqvimi dəqiqləşib
DÇ-2022-nin püşkü atıldı, ABŞ İranla eyni qrupa düşdü
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino













Misli Premyer Liqası