reklam
Mundial iştirakçıları peyvəndlənəcək -
Sportfm.az xəbər saytı

Mundial iştirakçıları peyvəndlənəcək -DÇ-2022


2022-ci il dünya çempionatına ev sahibliyi edəcək Qətər mundial iştirakçılarının koronavirusa qarşı peyvənd olunmasını zəruri hesab edir.

Sportfm.az xəbər verir ki, hazırda yerli hakimiyyət bu istiqamətdə FIFA və ölkənin Səhiyyə Nazirliyi ilə danışıqlar aparır.

Həmçinin variantlar arasında futbolçuların hər 3 gündən bir testdən keçmələri məsələsi də var. 

İyunda Qətər hökuməti dünya çempionatına getməyi planlaşdıran azarkeşlər üçün 1 milyon doza vaksin hazırlayacağı açıqlanıb.

Qeyd edək ki, dünya çempionatı 2022-ci il 21 noyabr - 18 dekabrda keçiriləcək. Bu, qış vaxtı təşkil olunacaq ilk mundialdır. 

Oxşar xəbərlər

Dünya çempionatının biletləri satışa çıxarıldı - 69 - 220 dollar
DÇ-2022 üçün daha bir stadion - FOTO
Qətər yalnız peyvəndli azarkeşləri qəbul edəcək - DÇ-2022
Qətər - Azərbaycan matçının yeri açıqlandı - Dünya çempionatı
Yaponiya ərizəsini geri götürdü - Dünya çempionatını keçirməyəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər