"Neftçi" işi "Sağlam"laşdırır
Ərtuğrul Sağlamın “Neftçi”nin yeni baş məşqçisi ola biləcəyi ilə bağlı qardaş ölkə mətbuatında çıxan xəbərlər təsadüfi deyil. Hazırda ölkə xaricində olan Bakı klubu rəhbərliyi həqiqətən dünən türkiyəli mütəxəssislə görüşüb.
Sportfm.az xəbər verir ki, Sağlamla danışıqlar müsbət nəticə verib. Amma hələ də yekun qərar yoxdu. Mütəxəssis bu gün ərzində son sözünü deyəcək.
Sağlam “Neftçi”nin hazırda danışıq apardığı 3 məşqçidən biridi. Bakılılar kifayət qədər namizədlə təmasda olsa da, seçim bu mütəxəssislərdən birinin xeyrinə ediləcək.
Viktor Qonçarenko və Yuri Vernidubla ilk danışıqlar müsbət nəticə vermədiyindən, “Neftçi” iki xorvat mütəxəssislə görüşsə də, yekunda yenidən bu cütlüyün üzərində dayanıb. Rəhbərlik Qonçarenko və ya Vernidubun onların istədiyi komandanı qura biləcəyini düşünür.
Sağlam variantının ortaya çıxmasıyla namizədlərin sayı üzə çatıb. Hətta hazırda türkiyəli mütəxəssis əsas favorit sayılır, onunla danışıqlar alınmasa, belaruslu Qonçarenko və ukraynalı Vernudubdan biri ilə müqavilə bağlanacaq. “Neftçi”nin Müşahidə Şurası qərarı bugünkü iclasında verməlidi. Ona görə də namizədlərdən birinin seçimi yaxın saatlarda dəqiqləşməlidi.(futbolinfo.az)
Oxşar xəbərlər
Ertuğrul Sağlam "Neftçi"də - Yeni baş məşqçi
Ertuğrul Sağlam "Traktor"dan ayrıldı - "Neftçi" ilə danışıqlar aparır
AFFA-dan Samet Aybaba və Okan Buruk açıqlaması
Gerye Azərbaycana qayıdır - “Neftçi”ylə danışıqları təsdiqlədi
Türkiyəli mütəxəssis Təbrizdə - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Ordu" ilk oyununda qələbə qazandı - CEV Çelenc Kuboku
-
MOİK "Sumqayıt"la qarşılaşacaq - Yoxlama görüşü
-
Bu komandanı yarışdan kənarlaşdırdılar
-
Hakimi təhqir edən məşqçi və futbolçu cəzalandırıldı - QƏRAR
-
Türkiyə Belçikaya, İspaniya Çexiyaya qarşı - Millətlər Liqası















Misli Premyer Liqası