reklam
AFFA-dan Samet Aybaba və Okan Buruk açıqlaması
Sportfm.az xəbər saytı

AFFA-dan Samet Aybaba və Okan Buruk açıqlaması


AFFA türkiyəli mütəxəssislər Samet Aybaba və Okan Buruk ilə danışıqlar apardıqlarına dair mediada yayılan xəbərlərə münasibət bildirib.

Sportfm.az xəbər verir ki, milli assosiasiyanın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla açıqlamasında deyib ki, hazırda təmsilçisi olduğu qurumun italiyalı mütəxəssis Canni de Byazi ilə müqaviləsi var: “Biz də bu müqaviləyə hörmətlə yanaşırıq”.

F.Abdulla bildirib ki, hazırda AFFA heç bir məşqçi ilə danışıqlar aparmır: “Samet Aybaba və Okan Burukla danışıqlar getdiyinə dair məlumatlar həqiqəti əsk etdirmir. Ümumiyyətlə, hazırda heç bir mütəxəssislə müzakirə aparılmır”.

Qeyd edək ki, S.Aybaba özü Azərbaycan milli komandasıın baş məşqçisi vəzifəsinə gətirilməsi ilə əlaqədar AFFA ilə danışıqlar apardığını deyib.

Əlavə edək ki, AFFA-nın hazırkı baş məşqçi Canni de Byazi ilə müqaviləsinin müddəti bu ay, DÇ-2022-nin seçmə mərhələsinin sonunda başa çatır. (Qol.az)

Oxşar xəbərlər

Samet Aybaba millimizi çalışdıracaq - Növbəti iddia
AFFA yeni baş məşqçi ilə anlaşdı - İddia
Türkiyəli məşqçi AFFA ilə danışıq aparır - Təsdiqlədi
Canni de Byazi millimizi tərk edir? - AÇIQLAMA
AFFA təsdiq etdi - Roy Kinlə danışıqlar aparırıq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər