Ertuğrul Sağlam "Neftçi"də -Yeni baş məşqçi
"Neftçi" klubunun yeni baş məşqçisi bəlli olub.
Sportfm.az xəbər verir ki, komanda türkiyəli mütəxəssis Ertuğrul Sağlama tapşırılıb.
53 yaşlı baş məşqçi ilə danışıqlar müsbət yekunlaşıb və o, paytaxt təmsilçisinin sükanı arxasına keçməyə razılıq verib. Sağlam tezliklə Bakıya gələrək, rəsmi müqaviləyə imza atacaq.
Təcrübəli mütəxəssis bu vəzifədə ötən mövsümün sonunda müqaviləsi başa çatan Samir Abasovu əvəzləyəcək.
Qeyd edək ki, Ertuğrul Sağlamın son olaraq İranın "Traktor" klubuna başçılıq edib. O, ölkəsində "Samsunspor", "Kayserispor", "Beşiktaş", "Bursaspor", "Eskişehirspor" və "Yeni Malatyaspor"un da baş məşqçisi olub. Sağlam 2009/2010 mövsümündə Bursa təmsilçisi ilə Türkiyə Super Liqasında çempionluq sevinci də yaşayıb. (Report)
Oxşar xəbərlər
Sağlam istefaya göndərildi
Ertuğrul Sağlam "Traktor"dan ayrıldı - "Neftçi" ilə danışıqlar aparır
Ertuğrul Sağlam "Traktor"un baş məşqçisi oldu - Detalları açıqlanmadı
De Byazini türkiyəli məşqçi əvəz edəcək - İddia
Sağlam 2-ci liqa klubunda
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qurban Qurbanovdan futbolda çox şey öyrəndim" - Ayxan Abbasov
-
Millimizə seçimlər davam edir
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
“Ulduz Cup” beynəlxalq futbol turniri start götürüb
-
Qurbanovun mətbuat konfransının vaxtı bilindi
-
U-17 dünya çempionatında Azərbaycanı 3 hakim təmsil edəcək














Misli Premyer Liqası