reklam
Türkiyəli mütəxəssis Təbrizdə -
Sportfm.az xəbər saytı

Türkiyəli mütəxəssis Təbrizdə -FOTO


Türkiyəli mütəxəssis Ərtoğrul Sağlamın Təbrizin “Traktorsazi” klubuyla razılığa gəldiyi barədə məlumat vermişdik.

Sportfm.az xəbər verir ki, 48 yaşlı məşqçi dünən gecə İrana yola düşüb. Türkiyə mətbuatında yer alan məlumata görə, Sağlam Təbrizdə coşğuyla qarşılanıb. Belə ki, türkiyəli məşqçini hava limanında yüzlərlə “Traktorsazi” azarkeşi qarşılayıb.

Sağlam hava limanında yerli jurnalistlərə açıqlama verib. O, komandanı hazırkı vəziyyətdən çıxarmaq üçün əlindən gələni edəcəyini deyib:

“Komandanın yaxşı nəticələr qazanmadığını və azarkeşlərin bundan narazı olduğunu bilirəm. Bir-birimizə dəstək verməli və komandanı daha yüksək pillələrə daşımaq üçün əlimizdən gələni etməliyik”.

Sağlamın bu gün “Traktorsazi” ilə rəsmi müqavilə bağlayacağı gözlənilir. Təbriz təmsilçisi 20 turdan sonra İran çempionatında 11-ci pillədə qərarlaşıb.(komanda.az)

Oxşar xəbərlər

Türkiyəli müğənnidən “Traktorsazi” klubuna göndəriş - FOTO
Con Toşak Təbrizdə! - FOTO
Sağlamın işləri "sağlam" getmir
Sağlam bərabərliklə başladı
"Ən çox türk azarkeşə sahib olan komandaya gəlmişəm" - Ərtuğrul Sağlam

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər