Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
Güləşçilərimiz yenə qızıl medal qazandı
Azərbaycanın daha iki yunan-Roma güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Sportfm.az xəbər verir ki, Həsrət Cəfərov (67 kq) finalda rusiyalı Ruslan Biçurini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Nihad Məmmədli (60 kq) finalda moldovalı Viktor Çiobanuna 8:3 hesabı ilə qalib gələrək qızıl medal qazanıb.
Qeyd edək ki, ötən gün yunan-Roma güləşçilərindən Murad Məmmədov (63 kiloqram) qızıl, Rəşad Məmmədov (55 kiloqram) gümüş, Beka Kandelaki (130 kiloqram) bürünc medalın sahibi olub. Azərbaycan fevralın 18-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur.

Oxşar xəbərlər
Güləşçilərimiz reytinq turnirində mübarizəyə başlayır
Güləşçimiz gümüş medal qazandı - Avropa çempionatı
Güləşçilərimizdən 2 qızıl, 2 bürünc medal - Avropa çempionatı
Güləş millimiz Avropa ikincisi oldu - UĞUR
Daha iki güləşçimiz Avropa çempionu oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin