"Qarabağ" "Zirə"yə qarşı -Azərbaycan Kubokunun final matçı
Bu gün futbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşəcək.
Sportfm.az xəbər verir ki, final oyununda son çempion "Qarabağ"la bürünc mükafatçı "Zirə" üz-üzə gələcək. Qəbələ şəhər stadionundakı qarşılaşma saat 19:00-da başlayacaq. Görüşü FIFA referisi Elçin Məsiyev idarə edəcək.
Finalçılar Azərbaycan kubokunda ilk dəfə qarşılaşacaqlar. "Qartallar" "köhlən atlar"ın kubokda 39-cu rəqibi olacaq. Ağdam klubu isə qəsəbə təmsilçisi üçün 10-cu rəqibdir.
Yarışın 30 illik tarixində 472 müxtəlif cüt üz-üzə gəlib. "Qarabağ" - "Zirə" cütü bu siyahıda 473-cü olacaq.
Azərbaycan Kuboku
Final
27 may
19:00. "Qarabağ" - "Zirə"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu
Ehtiyat köməkçi hakim: Kamran Bayramov
Hakim-inspektor: Frits Ştuxlik
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qeyd edək ki, Azərbaycan Kubokunun son qalibi hələlik "Keşlə" (indiki "Şamaxı") klubu olub.
Oxşar xəbərlər
Azərbaycan kuboku "Qarabağ"ın oldu
Final oyunu üçün təyinatlar - Azərbaycan Kuboku
"Qarabağ" "Qəbələ"yə, "Neftçi" "Zirə"yə qarşı - Azərbaycan kuboku
“Qarabağ” – “Qəbələ” oyunu FIFA referisinə tapşırıldı - Premyer Liqa
"Qəbələ" - "Qarabağ" matçı FIFA referisinə həvalə edildi - Premyer Liqa
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Ordu" ilk oyununda qələbə qazandı - CEV Çelenc Kuboku
-
MOİK "Sumqayıt"la qarşılaşacaq - Yoxlama görüşü
-
Bu komandanı yarışdan kənarlaşdırdılar
-
Hakimi təhqir edən məşqçi və futbolçu cəzalandırıldı - QƏRAR
-
Türkiyə Belçikaya, İspaniya Çexiyaya qarşı - Millətlər Liqası















Misli Premyer Liqası