reklam
Azərbaycan kuboku
Sportfm.az xəbər saytı

Azərbaycan kuboku "Qarabağ"ın oldu


Bu gün Azərbaycan kubokunun 2021/22 mövsümünün final oyunu keçirilib.

Sportfm.az xəbər verir ki, həlledici matçda Premyer Liqanın son çempionu "Qarabağ" bürünc medalçı "Zirə" ilə üz-üzə gəlib. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. Burada da hesab dəyişmədiyindən qalib penaltilər seriyasında müəyyənləşib. Penaltilər seriyasında 4:3 hesabı ilə qalib gələn "Qarabağ" kubokun sahibi olub. Bununla da  Ağdam təmsilçisi "Qızıl dubl"a imza atıb.

“Qarabağ” tarixində 7 dəfə Azərbaycan kubokunun qalibi olub.

27 may (cümə)

19:00. “Qarabağ” – “Zirə” - 1:1 (Penaltilər seriyası - 4:3)

Qollar: Hamidu Keyta, 17 (0:1), Abdullah Zubir, 69 (1:1)

Penaltilər seriyası

"Zirə": + - + + -

"Qarabağ": + + - + +

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu

Ehtiyat köməkçi hakim: Kamran Bayramov

Qəbələ şəhər stadionu

 

Oxşar xəbərlər

Xorvatiya 1/4 finalda - DÇ-2022
"Los Anceles" tarixində ilk dəfə çempion oldu
İngiltərə kubokunu "Liverpul" qazandı
"Zirə" "Neftçi"ni üstələyərək finala yüksəldi - Azərbaycan kuboku
"Seltik"40-cı kubokunu qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər