reklam
Elçin Məmmədovun komandası ölkə çempionatına buraxılmadı - ÖZƏL
Sportfm.az xəbər saytı

Elçin Məmmədovun komandası ölkə çempionatına buraxılmadı - ÖZƏL


Xəbər verdiyimiz kimi, futzal üzrə Azərbaycan Yüksək Liqası sentyabrın 23-də start götürəcək. Sportfm.az xəbər verir ki, ölkənin futzal elitasında isə cəmi 7 komanda iştirak edəcək. Ötən mövsüm Yüksək Liqada çıxış edən "Araz", EKOL, "Neftçi" İK, "Xəmsə" və "Yasamal" komandaları bu mövsümdə medallar uğrunda mübarizə aparacaq. Keçən il futzal çempionatımızda yarışan "Ceyhunspor" və "Olimpik"(Şirvan) isə yeni mövsümdə Yüksək Liqada olmayacaq. Paytaxtda məskunlaşan və şərti olaraq Şirvanı təmsil edən "Olimpik"in bir mövsümlük komanda olduğu hər kəsə məlum idi. Futzal Federasiyasının "bölgələrdə təbliğat" adı altında yaratdığı klubun dağılacağını proqnozlaşdırmaq elə də çətin deyildi. Ötən il Yüksək Liqaya son anda qatılan, iddialı olacağı deyilən və təsisçisi bəlli olmayan "Ceyhunspor"un mövsümün gedişində nəyə "qadir" olduğu üzə çıxdı. Referi Elçin Məmmədovun himayədarlıq etdiyi kollektiv qapısında 229 qol görərək, sondan birinci sıranı tutdu. Azərbaycan Futzal Federasiyası dəfələrlə reqlamenti pozan, oyunlara gəlməyən, heyətində həvəskarlara yer verən komandanı bu mövsüm Yüksək Liqaya buraxmayıb. Klub tərəfindən federasiyaya belə bir müraciət olunub, lakin, onlara Birinci Liqada çıxış etmək tövsiyə olunub. 

 

Oxşar xəbərlər

Komandalar Yüksək Liqada oynamaq istəmir! - Federasiya dilə tutur
Futzal Federasiyası "Qarabağ"ı razı saldı - ÖZƏL
Daha bir futzal klubu Yüksək Liqada iştirakdan imtina etdi - ÖZƏL
Futzal üzrə Yüksək Liqada yeni komandalar olacaq - Ölkə kubokunun qalibi çempionatdan imtina edib?
Futzal üzrə ölkə çempionatı nə vaxt başlayır?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər