Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Futzal Federasiyası "Qarabağ"ı razı saldı -ÖZƏL
Xəbər verdiyimiz kimi növbəti mövsüm "İtaldizain" klubu futzal üzrə Yüksək Liqada çıxış etməyəcək.
Sportfm.az saytının əldə etdiyi məlumata görə, əvəzində "Qarabağ"ın kapitanı Rəşad Sadıqovun qardaşı Kamran Sadıqovun təsis etdiyi klub futzal elitasında çıxış edəcək. Azərbaycan Futzal Federasiyasının rəsmiləri ötən il Birinci Liqada mübarizə aparan "Qarabağ" rəhbərliyini Yüksək Liqada çıxış etməyə razı sala bilib. AFF son mövsümdə Birinci Liqanın qalibi olan "Hell Energy" klubuna eyni təkliflə müraciət etsələr də, onlardan "yox" cavabı alıblar.
Qeyd edək ki, Yüksək Liqada iştirakını hələ ki, 4 klub - Araz, EKOL, Neftçi İK və Yasamal təsdiqləyib.
Oxşar xəbərlər
Komandalar Yüksək Liqada oynamaq istəmir! - Federasiya dilə tutur
Daha bir futzal klubu Yüksək Liqada iştirakdan imtina etdi - ÖZƏL
Futzal Federasiyasının "Qarabağ" hoqqası və ya "Energy" böhranı - ÖZƏL
Elçin Məmmədovun komandası ölkə çempionatına buraxılmadı - ÖZƏL
Futzal üzrə ölkə çempionatı nə vaxt başlayır?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası