reklam
“Marafon” futzal elitasına qayıdır –
Sportfm.az xəbər saytı

“Marafon” futzal elitasına qayıdır –Hədəf çempionluq olacaq


Artıq ardıcıl neçənci mövsümdür ki, futzal üzrə Azərbaycan Yüksək Liqasında cəmi 7 komanda mübarizə aparır və 2015-ci ildən bəri “Araz” çempion olur. 

Son mövsüm Naxçıvan təmsilçisi heyətində yer alan braziliyalılarla yollarını ayırdıqdan sonra nəhayət ki, 4 mövsüm bundan əvvəl “Xəzər Adaları”ının uğurunu digər klubların da təkrarlayacağına ümid yaranmışdı. Amma zaman göstərdi ki, nə “Neftçi” İK, nə də EKOL hələ ki, “Araz”la rəqabətə hazır deyil. Ancaq növbəti mövsümdən etibarən Yüksək Liqada bu komanda ilə çempionluq uğrunda mübarizə aparacaq klub çıxış edəcək.

Sportfm.az saytının əldə etdiyi məlumata görə, iki mövsüm əvvəl futzal Yüksək Liqasında gümüş medalları və ölkə kubokunu qazanan “Marafon” yenidən futzal elitasına qayıdır. "Ağ-göylər" yenidən iddialı komanda ilə Yüksək Liqanı bəzəyəcəklər. Elşad Quliyevin rəhbərlik edəcəyi "Marafon” futzal klubu son mövsümündə olduğu kimi güclü heyətlə çempionatda çıxış edəcək və əsas məqsədi finiş xəttini birinci bitirmək olacaq.

 

Oxşar xəbərlər

Elşad Quliyev səhnəyə qayıdır - Yüksək Liqa başlayır
Futzal Federasiyası "Qarabağ"ı razı saldı - ÖZƏL
Daha bir futzal klubu Yüksək Liqada iştirakdan imtina etdi - ÖZƏL
Futzal üzrə Yüksək Liqada yeni komandalar olacaq - Ölkə kubokunun qalibi çempionatdan imtina edib?
Futzal üzrə ölkə çempionatı nə vaxt başlayır?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər