reklam
Rusiyalı idmançıya ağır cəza -
Sportfm.az xəbər saytı

Rusiyalı idmançıya ağır cəza -"Z" yazısına görə


Rusiyalı gimnast İvan Kulyak bir il müddətinə bütün yarışlardan uzaqlaşdırılıb.

Sportfm.az xəbər verir ki, bu barədə qərarı Gimnastika Etika Fondunun İntizam Komissiyası çıxarıb. Kulyakın cəzalanmasına səbəb Qətərin paytaxtı Dohadakı dünya kubokunun mərhələ yarışında baş vermiş insidentdir. Belə ki, idmançı paralel qollarla çıxışın yekununda mükafatlandırma mərasiminə sinəsində “Z” hərfi yazılmış geyimlə çıxıb.

Kulyakın nəticəsi ləğv edilib və o, bir il ərzində Beynəlxalq Gimnastika Federasiyasının (FIG) himayəsi altında keçirilən yarışlara və FIG-in üzvü olan federasiyaların təşkil etdiyi turnirlərə qatıla bilməyəcək. İdmançı 21 gün ərzində apellyasiya şikayəti vermək hüququna malikdir.

Ukraynaya hücum edən Rusiyanın müdafiə nazirliyinin verdiyi izahata əsasən, texnika üzərindəki “Z” yazısı “Za pobedu” (“Qələbə uğrunda”) mənasını verir.

Qeyd edək ki, Dohada Rusiya və Belarus idmançıları neytral statusda çıxış ediblər.

 

Oxşar xəbərlər

Rusiya millisi Bakıda - Dünya çempionatı
FIDE rusiyalı şahmatçıya qadağa qoydu - Cəza
Rusiya və Belarus idmançıları beynəlxalq yarışlardan imtina etdi
Rusiyalı gimnast bu hərəkətinə görə cavab verməli olacaq - FOTO
Rusiyalı gimnastlar Bakıda ən yaxşılar sırasında

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər