Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
FIDE rusiyalı şahmatçıya qadağa qoydu -Cəza
Beynəlxalq Şahmat Federasiyası (FIDE) rusiyalı qrossmeyster Sergey Karyakini cəzalandırıb.
Sportfm.az xəbər verir ki, buna 32 yaşlı şahmatçının ölkəsinin Ukraynadakı hərbi əməliyyatlarını dəstəkləməsi səbəb olub.
Nəticədə Karyakinin 6 ay beynəlxalq yarışlarda iştirakına qadağa qoyulub. Qərar qəbul edildiyi tarixdən - martın 21-dən qüvvəyə minib.
Sergey Karyakin 21 gün ərzində qərardan apellyasiya şikayəti verə bilər.
Qeyd edək ki, daha əvvəl FIDE Rusiya və belarus şahmatçılarını öz bayrağı altında keçirilən yarışlardan kənarlaşdırıb.
Oxşar xəbərlər
Danimarkalı hakim yarışlardan uzaqlaşdırıldı
Rusiyalı şahmatçı dünya kubokundan imtina etdi
Dünya çempionu Rusiyanın FIDE-dən kənarlaşdırılmasına qarşı çıxdı
Belarus və Rusiya yığmalarını yarışlardan kənarlaşdırıldı - FIDE
Teymur Rəcəbov FIDE ilə barışdı - İddiaçılar Turniri ilə bağlı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası