reklam
Rusiyalı gimnast bu hərəkətinə görə cavab verməli olacaq -
Sportfm.az xəbər saytı

Rusiyalı gimnast bu hərəkətinə görə cavab verməli olacaq -FOTO


Beynəlxalq Gimnastika Federasiyası (FIG) Rusiyanın idman gimnastı İvan Kulyaka qarşı intizam işinin açılmasından ötrü Etika Fonduna müraciət edib.

Sportfm.az xəbər verir ki, səbəb Qətərin paytaxtı Dohadakı Dünya Kubokunun mərhələ yarışında baş vermiş insidentdir. 

Kulyak paralel qollarla çıxışın yekununda mükafatlandırma mərasiminə sinəsində "Z" hərfi yazılmış geyimlə çıxıb. Onun bürünc medal qazandığı yarışda "qızıl"ı ukraynalı İlya Kovtun əldə edib. "Gümüş"ə isə Qazaxıstandan olan Milad Kərimi yiyələnib. 

FIG rusiyalı idmançının davranışını şokedici adlandırıb. Rusiya Müdafiə Nazirliyinin verdiyi izahata əsasən, texnika üzərindəki "Z" yazısı "Za pobedu" ("Qələbə uğrunda") mənasını verir. 

Xatırladaq ki, Dohada Rusiya və Belarus idmançıları neytral statusda çıxış edirlər. Onlar martın 7-dən FIG bayrağı altında bütün beynəlxalq yarışlardan rəsmən kənarlaşdırılacaqlar. Bu, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədardır. 

 

Oxşar xəbərlər

Rusiyalı idmançıya ağır cəza - "Z" yazısına görə
Rusiya və Belarus idmançıları beynəlxalq yarışlardan imtina etdi
Rusiyalı pilot heç kimə lazım deyil - Müqaviləsi ləğv edildi
Rusiyalı ağır atletlər də beynəlxalq yarışlardan kənarlaşdırıldı
"Bakı 2019"un idman gimnastikası yarışlarında beş alət üzrə qaliblər müəyyənləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər