Futbolumuzun bombardiri üç aydır yataq xəstəsidir
Azərbaycan çempionatları tarixinin ən məhsuldar hücumçusu, üç mövsüm (1992, 1994-95, 1997-98) bombardir olmuş Nazim Əliyevin sağlıq durumunda ciddi problem yaranıb.
Sportfm.az xəbər verir ki, bu barədə fanat.az-a veteran futbolçu özü məlumat verib.
O, deyib: "Üç aydır bu vəziyyətdəyəm. Hər şey koronavirusa yoluxmağımdan sonra başladı. Şəkərim olduğu üçün xəstəliyi ağır keçirtdim, qan laxtalanması oldu. Sonra daxili orqanlarım sıradan çıxdı. Mədəmdə varikoz əmələ gəlib. Qaraciyərim də serrozdur. Düzdür, hazırda ev şəraitində müalicə olunuram. Özüm xəstəxanada qalmaq istəmədim. Çünki xəstəxanada xərc daha çox çıxırdı. Açığı, imkan da yoxdur. Hamısı bahalı dərmanlardır. Sağ olsunlar, qohumlar, yaxınlar kömək edir, dərmanları alıram. Amma səhhətimdə hələki yaxşılaşma yoxdur".
Nazim Əliyev maddi dəstək üçün AFFA-ya da müraciət etdiyini bildirib: "Futbolçu, məşqçi dost-tanışlar əlaqə saxlayırlar, ürək-dirək verirlər. Maddi kömək üçün AFFA-ya müraciət etmişəm. Ancaq hələ bir reaksiya verilməyib. Ümid edirəm ki, müəyyən yardım edərlər. Uzun illər Azərbaycan futboluna xidmət etmişəm, millidə çalışmışam. Bir istəyim var, əvvəlki səhhətimə qovuşum".
Oxşar xəbərlər
Altay Əliyev orduya maddi yardım etdi - FOTO
"AFFA klubumuza dəstək olacaq" - Fariz Nəcəfov
“İstəməzdim 3 dəfə çempion olmuş biri kimi bu şəklim yayılsın” - Rövşən Əhmədov
AFFA Nazim Süleymanovun ittihamını cavabsız qoymadı
"Kəpəz"in ən sadiq fanatına kömək edək!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün Budapeştdə final günü - Çempionlar Liqası
-
Azər Bağırov "Kəpəz"də qaldı, köməkçiləri dəyişir - ÖZƏL
-
Azərbaycan millisi Fransaya qarşı - Avropa çempionatı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Tarixlərində ilk titulu qazana bilərlər - Çempionlar Liqası
-
Anlaşma baş tutmadı - Azər Bağırov getdi















Misli Premyer Liqası