Romario və Ronaldinyo Azərbaycana gələcək? -Dəvət
Uzaq Braziliyadan Azərbaycana dəvət gəlib.
Sportfm.az xəbər Azərbaycan Futnet Federasiyasına Braziliyanın yerli federasiyasının adından ünvanlanan məktubda qurumun və Beynəlxalq Futvole Federasiyasının prezidenti Vüsal Xəlilov Braziliyanın Rio de Janeyro şəhərinə dəvət edilib.

Brazliyanın ikinci ən böyük şəhərində baş tutacaq futvole yarışının fəxri qonağı olaraq bu ölkəyə gedəcək Vüsal Xəlilovun səfər çərçivəsində dünyaca məşhur braziliyalı sabiq futbol ulduzları Romario və Ronaldinyo ilə görüşü planlaşdırılır.
Üstəlik, yuxarıda adı sadalanan hər iki veteran futbolçu ilə yanaşı futvole turnirlərində mütəmadi olaraq çıxış edən dünya futzalının ulduzu Falkao ilə də dəyirmi masa arxasında müzakirələr aparılacaq.
Ümumiyyətlə Braziliyaya səfər AFNF-in gələcək yarışlarının təşkili zamanı bu ölkənin uzun illər ərzində əldə etdiyi təcrübədən yararlanmaq, Beynəlxalq Futvole Federasiyasının turnirlərində braziliyalı ulduzların iştirakını təmin etmək və onların ölkəmizdə təşkil ediləcək yüksək səviyyəli turnirlərdə çıxış etməsi məqsədini daşıyır.
Oxşar xəbərlər
Rusiyalı assosiasiya prezidenti Bakıya gəldi - FOTOLAR
Futvole Federasiyasının prezidenti gələcək planlardan danışdı - VİDEO
Romario səfir olacaq - Azərbaycanlı prezident onun razılığını alıb
Sabiq braziliyalı ulduz futbolçu Romario Azərbaycan nümayəndə heyətini qəbul edib FOTO
Beynəlxalq federasiyanın prezidenti Rio de Janeyroda ilk görüşünü keçirdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası