Rusiyalı pilot heç kimə lazım deyil -Müqaviləsi ləğv edildi
"Formula 1"də çıxış edən ABŞ-ın "Haas" komandası rusiyalı pilot Nikita Mazepinlə müqaviləni pozub.
Sportfm.az xəbər verir ki, belə bir qərar Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar qəbul olunub.
"Haas" eyni addımı titul sponsoru olan Rusiyanın "Uralkaliy" şirkətinə qarşı da atıb.
Beynəlxalq Avtomobil Federasiyası (FIA) isə Rusiya və Belarusdan olan pilotlarını buraxmaqdan imtina edən federasiyalara qarşı bir sıra sanksiya tədbirləri qoyacağına dair sirkulyar yayıb. Bu qərarı bütün üzvlərin yerinə yetirmələrinin məcburi olduğu vurğulanıb.
Qeyd edək ki, FIA martın 1-də Rusiya və Belarusdan olan pilotları beynəlxalq yarışlardan kənarlaşdırmamağı qərara alıb. Lakin həmin idmançıların neytral bayraq altında çıxış etməsinin mümkünlüyü vurğulanıb. Ötən mövsüm Nikita Mazepin heç bir xal toplamadan sonuncu yeri tutub. Qalib adını isə "Red Bull"un niderlandlı pilotu Maks Ferstappen qazanıb.
Oxşar xəbərlər
Ukrayna Futbol Federasiyası UEFA-ya etiraz etdi - Rusiyalı hakimə görə
Maks Ferstappen Azərbaycan Qran-prisinin qalibidir
Rusiyalı gimnast bu hərəkətinə görə cavab verməli olacaq - FOTO
Rusiyalı ağır atletlər də beynəlxalq yarışlardan kənarlaşdırıldı
"Formula 1" komandası pilotları ilə vidalaşır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Milli komandalarda yeni baş məşqçilər
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Mahir Məmmədov FIDE-nin vitse-prezidenti seçildi - Üçüncü dəfə
-
Yığmamızın Şotlandiya ilə matçının hakimləri bilindi
-
Azərbaycan millisi Litva ilə bərabərə qaldı - Millətlər Liqası
-
Azərbaycan millisi mübarizəyə başlayır - Millətlər Liqası















Misli Premyer Liqası