Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
İlkayın qolu bərabərlik üçün yetmədi -"Siti" evdə məğlub oldu
İngiltərə Premyer Liqasında XXVI turun mərkəzi görüşü "Mançester Siti" və "Tottenhem" komandaları arasında keçirilib.
Sportfm.az xəbər verir ki, Mançesterdəki "Etihad" stadionunda təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 3:2.
Hesabı 4-cü dəqiqədə London təmsilçisinin futbolçusu Deyan Kulusevski açıb. 33-cü dəqiqədə İlkay Gündoğan bərabərlik qolunu vursa da, 59-cu dəqiqədə Harri Keyn qonaqları yenidən önə çıxarıb.
Son 2 qol isə uzatma dəqiqələrinə təsadüf edib. 90+2-ci dəqiqədə Riyad Mahrezin penalti zərbəsi ilə tarazlıq bir daha bərpa edilsə də, 90+5-ci dəqiqədə Keyn özünün ikinci, komandasının qələbə topunun müəllifi olub.
Oxşar xəbərlər
Mançesterliləri biabır etdilər - Premyer Liqa
İstanbul derbisində qalib müəyyənləşmədi - Super Liqa
Kral klubu lider oldu - EL Klasiko
"Mançester Yunayted" derbidə qalib gəldi - Premyer Liqa
Londonlular üçün uğursuz səfər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası