Mançesterliləri biabır etdilər -Premyer Liqa
İngiltərə Premyer Liqasında XXVI tura yekun vurulub.
Sportfm.az xəbər verir ki, turun son oyununda "Liverpul" "Mançester Yunayted"i qəbul edib. Mersisayd təmsilçisi "Enfild" stadionunda keçirilən qarşılaşmada 7 cavabsız qolla qələbə qazanıb.
Hesabı 43-cü dəqiqədə Kodi Qakpo açıb. 4 dəqiqə sonra Darvin Nunyes qonaqları yenidən meydanın mərkəzinə dəvət edib. 50-ci dəqiqədə Qakpo dubl müəllifi olub. 66-cı dəqiqədə Məhəmməd Salah 4-cü topu "qırmızı şeytanlar"ın qapısından keçirib. 75-ci dəqiqədə Nunyes özünün 2-ci, komandasının 5-ci qolunu vurub. 83-cü dəqiqədə Salah dubl edib. Son nöqtəni isə 88-ci dəqiqədə Roberto Firmino qoyub - 7:0.
Bu qələbə ilə xallarını 42-yə çatdıran "Liverpul" 5-ci pilləyə yüksəlib. 49 xalı olan "Mançester Yunayted" isə 3-cü sırada qərarlaşıb.
Qeyd edək ki, turnir cədvəlinə 63 xalla "Arsenal" başçılıq edir.
Oxşar xəbərlər
Derbidə qırmızı rəng - "Mançester Yunayted"dən əzmkar qələbə
İngiltərə - İspaniya dueli - Çempionlar Liqası
"Qarabağ" paytaxt klubuna 5 qol vurdu - Premyer Liqa
"Liverpul"dan vacib 3 xal - VİDEO
"Liverpul" zəfər yürüşünü davam etdirir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası