reklam
Boulinq üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşdi
Sportfm.az xəbər saytı

Boulinq üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşdi


Bakı Əyləncə mərkəzində idman boulinqi üzrə 5-ci Azərbaycan çempionatı keçirilib.
Azərbaycan İdman Boulinqi Federasiyasının mətbuat katibi Nair Əliyev Sportfm.az  saytına açıqlamasında bildirib ki, turnirdə "A” liqasının qalibi Elxan Feyzullayev olub, ikinci yerdə isə Ramil Həmidov qərarlaşıb. Federasiya rəsmisi "B” liqasında Müşviq Vəliyevin rəqibləri üçün əlçatmaz olduğunu qeyd edib. Bu liqada təcrübəli Afiq Ağayev 2-ci, ötən turnirin qalibi Nigar Korçiyeva 3-cü olub. 
Qeyd edək ki, "B” liqasında Seneqal vətəndaşı Zafor Əhməd debütü ilə yadda qalıb. Uğursuz çıxış edən əcnəbi idmançı yarışın final mərhələsinə vəsiqə qazana bilməyib. Ümumiyyətlə idman boulinqi üzrə ölkə çempionatında daima əcnəbi iştirakçılar qüvvəsini sınayır.  Buna misal olaraq,  Avstraliya və Suriya idmançılarını göstərmək olar.

Oxşar xəbərlər

Ölkə çempionatında bir ilk yaşanacaq
Axundzadə və Həmidov hamıdan dəqiq oldu - FOTO
Bakıda voleybol festivalı keçirilir
"İlin qalibləri-2016" müəyyənləşəcək
Yeniyetmələr arasında cüdo üzrə Bakı birinciliyinə start verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər